AZE | RUS | ENG |

Naxçıvanda artilleriya və minaatan bölmələri yoxlanılıb

Naxçıvanda artilleriya və minaatan bölmələri yoxlanılıb
"Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən 1-ci eşelonda yerləşən artilleriya və minaatan bölmələri qəfil yoxlanılıb.
 
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yoxlama zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr atəş mövqeyi rayonlarına və komanda müşahidə məntəqələrinə çıxarılaraq döyüş tətbiqinə hazırlanıb.
 
Atəş mövqeyi rayonlarından planlı və plandankənar hədəflərə döyüş atışları icra olunub. Sonra artilleriya və minaatan bölmələri ehtiyat atəş mövqeyi rayonlarına və komanda müşahidə məntəqələrinə yerdəyişmə edərək yeni aşkarlanmış hədəfləri məhv ediblər.
 
Qəfil yoxlama zamanı əsas diqqət bölmələrin döyüş tapşırıqlarını yerinə yetirməsinə, şəxsi heyətin funksional vəzifələrinin icrasına və ixtisas hazırlığı üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056