AZE | RUS | ENG |

“Neftçi” və “Bney Yehuda” komandalarının start heyətləri açıqlanıb

“Neftçi” və “Bney Yehuda” komandalarının start heyətləri açıqlanıb
UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində "Neftçi” və "Bney Yehuda” komandaları arasında avqustun 8-də keçiriləcək qarşılaşmanın start heyətləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, "Bakcell Arena”da oynanılacaq görüşdə "Neftçi” meydançaya Səlahət Ağayev, Anton Krivotsyuk, Voislav Stankoviç, Kirilo Petrov, Ömər Buludov, Emin Mahmudov, Soni Mustivar, Platellas, Dario Frederiko, Rauf Əliyev və Jozef-Monrozdan ibarət heyətlə çıxacaq.
Qonaqların start heyətində isə Zubas, Mori, Koen, Pnişı, Felcer, Rustom, Mazor, Soro, Saqas, Yan və Qadir yer alacaqlar.
Qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Kərim Abed olacaq. Ona Hiçam Zakrani və Mikael Berçebru kömək edəcəklər. Dördüncü hakim funksiyasını Floran Batta yerinə yetirəcək.
Oyun saat 21:00-da başlayacaq. Bu komandaların arasında cavab görüşü bir həftə sonra İsraildə keçiriləcək.
Xatırladaq ki, "Neftçi” birinci təsnifat mərhələsində Moldovanın "Speranta” komandasını məğlub edib (3:0, 6:0), ikinci təsnifat mərhələsində isə Rusiyanın "Arsenal” klubuna hər iki görüşdə qalib gəlib (1:0, 3:0).
Cari mövsümdə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayan "Bney Yehuda” UEFA Avropa Liqasında Azərbaycan klubları ilə ikinci dəfə qarşılaşır. İsrail klubu 2009-2010-ci il mövsümündə birinci təsnifat mərhələsində "Simurq”u hər iki görüşdə məğlub etmişdi.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056